Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Sony” Olympus-dakı bütün səhmlərini şirkətin özünə satır

“Sony” Olympus-dakı bütün səhmlərini şirkətin özünə satır

88
Paylaş

Yaponiyanın texnologiya şirkəti “Sony” endoskoplar, fototexnika və optika istehsalçısı olan “Olympus” şirkətində sahib olduğu bütün səhm paketini 80,4 milyard yenə ($762,88 mln.) şirkətin özünə satacaq.

 “Sony” 2012-ci ildə “Olympus”un 11,5% səhmlərini alıb və 2015-ci ildə onların yarısını “JPMorgan Chase & Co.” investisiya bankına satıb.

“Olympus” mədə-bağırsaq endoskoplarının istehsalı üzrə dünya lideri olmaqla, bazarın 70%-nə sahibdir. Şirkətin işçi heyyəti 35,1 min nəfərdən çoxdur.