“Sony” iPhone-u keçdi: yeni smartfonun kamerası 6 modullu olacaq

Date:

Paylaş:

Şəbəkədə “Sony” şirkətinin 2020-ci ilin planları haqqında məlumat yayılıb.

2020-ci ilin əvvəlində “MWC 2020” sərgisində orta və flaqman səviyyəli bir neçə modelin təqdim ediləcəyi gözlənilir. Ən yüksək səviyyəyə malik olan “Snapdragon 865” platforması ilə təchiz olunması və beşinci nəsil 5G mobil şəbəkəsini dəstəkləməsi istisna edilməklə flaqmanlar haqqında hələ ki, heç bir informasiya məlum deyil.

Məlumata əsasən Sony Xperia-nın ən azı 4 modeli flaqman adı altında çıxacaq.

– Fevral ayında keçiriləcək “MWC 2020”də “Xperia XZ2 premium” və “Xperia 1” “Xperia 1.1” ilə əvəz ediləcək (dörd linzalı əsas kamera, 5G, 4K dəstəyi)

– Xperia XZ2 kompakt “Xperia 3” ilə əvəzlənəcək. (üçlü əsas kamera, 5G, 2K dəstəyi), debüt tezliklə reallaşacaq.

– “Xperia XZ2” və “Xperia 5” “Xperia 5” ilə əvəz olunacaq (dörd linzalı əsas kamera, 5G, 2K dəstəyi)

Və nəhayət, 2020-ci ilin sentyabr ayında keçiriləcək “IFA 2020” adlı sərgidə “Xperia XZ3” “Xperia 0” smartfonu ilə əvəzlənəcək. Bu smartonun fərqli cəhəti kamerasıdır. O, dünya rekordunu yeniləyəcək altı moduldan ibarət olacaq. Bundan əlavə, cihazın 5G və 5K-nı dəstəkləyəcəyi bildirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...