Sony şirkəti səssiz kondisionerlər təqdim edəcəyinə söz verib. Reon Pocket adlanan bu kompakt cihaz köynəyin arxa hissəsindəki xüsusi cibə yerləşdirilir. Kondisionerin işləmə prinsipi termoelektrik sistem olan Peltier effektinə əsaslanır. Belə ki, iki keçiricinin təmas nöqtəsindən elektrik cərəyanı keçərkən istilik ya udulur ya da buraxılır. Yəni, Reon Pocket bədəni həm sərinlədir həm də isidə bilir.
Cihaz xüsusi smartfon tətbiqi vasitəsilə idarə olunur. Sony bilirib ki, əvvəlcə geyimin sahibi bir dəfə hərarəti müəyyən edir, sonradan isə artıq cihaz özü əvvəlcədən əldə edilən göstəricilər əsasında optimal temperatur rejimini seçir.
Cizahın bədəndə heç bir narahatlıq duyğusu yaratmadığı təsdiqlənib. Lakin bəzi çatışmazlıqları da var. O, iki saatdan çox çəkməyən avtonom rejimdə işləyir. Bundan başqa, qiyməti də nə az nə çox , 120 dollardır.
Sony şirkəti gələn il satışa başlamağı düşünür.