Son dövrlərdə etdiyi zərərlərə baxmayaraq Sony texnoloji yeniliklər etməyə davam edir. Son olaraq Sonynin patent müraciəti sirr kimi saxladığı məhsulun ortaya çıxmasına səbəb oldu.
Linza kimi taxıla biləcək kameranın patentini alan şirkət, insanların cihazı göz hərəkətləriylə idarə edə biləcəyini bildirir. Göz hərəkətləriylə kameranı açıb-bağlamaq, hətta irəli və geri vermək mümkün olacaq.
Bu cihaz şəxsi həyatı və təhlükəsizliyi tamamilə ortadan qaldırsa da bunu edən ilk şirkət Sony deyil. Ötən aylarda Samsung da öz telefonlarıyla birlikdə işləyə biləcək linzalar üçün patent müraciəti etmişdi.