Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Sony ABŞ-ı PlayStation-a qoyduğu qiyməti qaldıracağı ilə hədələyib

Sony ABŞ-ı PlayStation-a qoyduğu qiyməti qaldıracağı ilə hədələyib

81
Paylaş

Yaponiyanın  Sony şirkəti ABŞ-da PlayStation oyun konsollarına pərakəndə satış qiymətini qaldıra bilər. Bu, Vaşinqtonun Çində konsolların istehsalında istifadə olunan detallara qoyduğu yüksək tariflər siyasətini davam etdirəcəyi təqdirdə baş verə bilər. Bu barədə, korporasiyanın maliyyə direktoru Hiroki Totoki-nin sözlərinə istinadən The Wall Street Journal yazır.

Totokinin sözlərinə görə, elektronika səhəsində çin mallarına tariflərin qaldırılması ABŞ-ın özünə də zərər yetirmiş olur. Şirkət hələ ki, qiymətlərin qaldırılması ilə bağlı qəti qərara gəlməyib. Sony tariflərin qaldırılmasına müxtəlif cür reaksiya göstərməyə çalışır, məsələn istehlakçılara yükün bir hissəsini gətirmək imkanı vermək.

Qəzetdə qeyd edilir ki, oyun konsolları istehsalı üçün detalların böyük bir hissəsini Sony ilə işləyən çin şirkətləri istehsal edirlər.