Sonda uğursuz olan startup ideyaları

Date:

Paylaş:

Dinnr

Axşam evdə yemək bişirmək istəyirsiniz ancaq lazım olan ərzaqlar yoxdur. Dərhal Dinnr’a girib, yeməyin resept siyahısını çıxarıb eyni gün içində sizə çatdırılmasını istəyirsiniz. Fikir gözəl ola bilə amma dünya bu qədər mükəmməl deyil! Bir qazan yemək üçün sifariş etdiyiniz ərzaqın qiyməti, eyni yeməyi restorandan hazır şəkildə sifariş etməkdən baha başa gəlirsə insanlar niyə bu tətbiqdən istifadə etsinlər? Beləliklə bu tətbiqdən heç kim istifadə etmədi və qısa müddətdə batdı.

College İnside View

Bu tətbiq hansı universiteti seçim edəcəyini düşünən şagirdlər üçün, o universitetdə oxuyan tələbələrin etdiyi şərhlərə və tövsiyələrə baxmaq imkanı yaradırdı. Ancaq tələbələrin tamamilə lazımsız şərhləri tətbiqin sonda uğursuz bir ideya kimi ortalıqda qalmasına səbəb oldu…

CombatCats

Angry Birds və ya Candy Crush kimi çox məşhur bir oyun olmağı hədəfləyən və bu məqsədlə çox da səs-küy yaradan amma nəticədə heç kimi oynamadığı bir oyuna çevrilən CombatCat’ın yaradıcıları ciddi bir nüansa diqqət etməmişdilər.

Angry Birds və Candy Crash hər kəsin telefonuna sızmaq istəyən ABŞ Milli Kəşfiyyat Agentliyi NSA tərəfindən dəstəklənən və böyük ehtimalla da içinə xüsusi troyanlar yerləşdirilmiş oyunlardır. Bu səbəblə hər yaradılan oyun böyük uğur qazana bilmir.

Secret

Türkiyədə itiraf.com adlı saytın bənzəri olan mobil tətbiq Secret insanların bir-birlərinə gizli şəkildə etiraflarını yaza biləcəyi bir startup kimi yaradlımışdı. Ancaq qərbdə dedi-qoduya maraq az olduğu üçün tətbiq tutmadı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...