Əsas səhifə Biznes Seçilmiş Son on illiyin dünyanı dəyişdirən 12 ən nüfuzlu startapı

Son on illiyin dünyanı dəyişdirən 12 ən nüfuzlu startapı

104
Paylaş

Son on ildə dünyada İnformasiya Texnologiyaları nəhənginə çevrilən və yeni biznes ekosistemi yaradan şirkətlər üzə çıxıb. Inc.com yaxın keçmişin öz sahələrinə, dünya bazarına və kütləvi mədəniyyətə böyük təsir göstərən 12 startapının adını açıqlayıb:

  1. Airbnb

Şirkət 2008-ci ildə yaranıb və həmin vaxtdan başlayaraq üç il ərzində dünya üzrə 1 milyondan çox sifariş qeydə alıb, həmçinin sharing economy konsepsiyasını dünya istifadəçiləri üçün adəti hala çevirib. Inc.com xəbər verir ki, xidmətin son dəyərləndirilməsi 35 mlrd.-dan çoxdur. Bu göstərici də Hilton və Marriott otellər şəbəkəsinin bazar kapitalizasiyası rəqəmindən yüksəkdir. 2020-ci ildə Airbnb IPO keçirməyi planlaşdırır.

  1. Epic Games

Şirkət 1991-ci ildə yaranıb, kompüter oyunlarının tərtibatı ilə məşğul olur və 2017-ci ildə Fortnite-ni təqdim edib. O, yeni bir xitə və mədəni fenomenə çevrilib. Dünyada 250 mln.-dan çox Fortnite oyunçusu var.

  1. Facebook

Bu sosial şəbəkənin istifadəçi sayı 2012-ci ildə 1 mlrd.-ı keçir. Elə həmin ildə də şirkət ictimailəşir. Hal-hazırda Facebook-dan ayda 2,45 mlrd. adam istifadə edir.

Son bir neçə ildə Zuckerberg-in layihəsi konfidensiallığın necə əhəmiyyətli olmasını və müasir dünya üçün onun nə anlama gəldiyini göstərib. Cambridge Analytica-nın məlumatından bəlli olur ki, 2018-ci ildə 540 mln. Facebook istifadəçisinin məlumatları qorunmamışdır. Şirkət həm də xakerlərin daha 30 milyon adamın şəxsi məlumatlarını oğurladığını aşkar edib.

  1. İnstagram

Bu startap da 2010-cu illərin ən nüfuzlu tətbiqlərindən biridir. Buna sosial şəbəkə çoxlu blogger və “influencer” ordusu, lentin skrollinq edilməsi imkanı (fırlatma) sayəsində nail olub.

Şirkət Kevin Systrom və Mike Krieger tərəfindən yaradılıb. 2012-ci ildə Facebook onu 1 mlrd. dollara alıb. Bu, sosial şəbəkələrin alnması üzrə dünyada ən iri əməliyyat olaraq qalmaqdadır.

  1. Slack

2013-cü ildə yaradılan bu messencer iş yazışmaları üçündür və bütün dünyada ofislərin çoxu tərəfindən nüfuz qazanıb. Ekspertlər onun uğurunun sirrini seçdiyi freemium biznes-modeli ilə əlaqələndirirlər. Belə ki, proqramçı, məhsulun məhdud funksionalından pulsuz istifadəni təklif edir. Sonra isə, əlavə ödənişlə müştəri əsas xidmətlərdən də istifadə edə bilər.

  1. Snap

2011-ci ildə yarananda hər kəs onu intim xarakterli mesajlar tətbiq kimi zənn edirdi.

Amma qurucuları öz məhsulları ilə gələcəkdə istifadəçi sayının az olacağına artıq öncədən əsas yaratmışdılar. Növbəti onillikdə demək olar ki, hər bir sosial platforma Snapchat formatını təkrarlamağa çalışdı.

       7/8.  SpaceX və Tesla

Elon Musk-ın yenilikçi startapları öz sahələrinin inkişaf yollarını təmamilə dəyişiblər. 2010-cu ildə SpaceX ilk özəl şirkət olur. O, kosmik gəminin orbitə çıxarılmsını uğurla həyata keçirir. Bugün onun dəyəri 33 mlrd. dolları ötür və şirkət özü isə NASA ilə əməkdaşlıq edir.

2018-ci ildə Tesla dünyada ən çox satılan elektrik avtomobili olur. Ondan sonra bir çox şirkətlər Tesla-nın funksionalına oxşar maşınlar buraxmaq qərarına gəlirlər. Amma bununla belə startapın hələ gəlirli ili olmayıb.

  1. Stripe

2009-cu ildə John və Patrick Collison qardaşları Stripe elektron ödənişlər xidmətini yaradırlar. Şirkətin müştəriləri arasında təkcə minlərlə kiçik bizneslər deyil, həmçinin, Lyft, Target və Salesforce kimi nəhənglər də var. Startapın dəyəri 35mlrd. dollardır.

  1. Theranos

2003-cü ildə Elizabeth Holmes Theranos şirkətini qurur. Bu startap guya minimal miqdarda biomaterialla qan analizini həyata keçirməyə imkan verir. 2013-cü ildə startap 700 mln. dollar cəlb edə bilir, iki il sonra Theranos-u 9 mlrd. dollarv dəyərləndirirlər.

Amma 2018-ci ildə hər şey məhv olur: şirkəti fırıldaqçılıqda ittiham edirlər. Menecerləri 20 illik həbs cəzası gözləyir, Holmes isə 500 min dollar cərimə ödəməlidir. Sahibkar xanım sistemin dağılmasının simvoluna çevrilib. Həmin sistem “cəld hərəkət etməyi və özünə qədər olanı dağıtmağı” təklif edir.

  1. Twitter

Bu sosial şəbəkə 2006-cı ildə yaranıb, burada 140 simvoldan postlar paylaşmaq mümkündür. Meydançada bir dəfə də olsun ictimai-siyasi müzakirə olmayıb.

Şirkətin “Ərəb baharı” etirazlarındakı, zorakılığa qarşı #metoo hərəkatındakı, iqlim tətillərindəki və milyonlarla digər kiçik hərəkatlardakı rolu onun mədəni təsirinin göstəricisidir.

  1. WeWork

Şirkətin bütün dünya üzrə 800-dən çox ofisi və onlarda 12,5 min əməkdaşı var. 47 mlrd. dollar dəyərləndirilmiş bu startap 2019-cu ildə qlobal iflasa uğrayana kimi sürətlə inkişaf etməyə davam edir.

ABŞ-ın qiymətli kağızlar və birjalar Komissiyasına sənədləri verdikdən sonra şirkətin dəyəri dörd  dəfə azalır. Onun qurucusu Adam Neumann CEO vəzifəsindən gedir, investor və analitiklər isə şəbəkənin iflasından danışırlar. İndi WeWork stabil artımı qaydaya salmaq üçün tədricən özünə gəlir.