Son günlərində bəxt üzünə güldü

Date:

Paylaş:

ABŞ-ın Şimali Karolina ştatının sakini Riçard Biar lotereyadan 250 min dollar mükafat qazanıb.

Bu barədə “Inside Edition” nəşri məlumat yayıb.

Biarın dediyinə görə, lotereya biletini həyat yoldaşı alıb. Aldığı bir neçə biletin qoruyucu örtüyünü pozub və birindən iri məbləğdə mükafat çıxıb.

O, qazandığı pulu səyahətlərə xərcləmək niyyətindədir.

“Bu yaxınlarda mənim qaraciyərimdə dördüncü mərhələdə olan serroz aşkarlayıblar. Nə qədər həyatdan zövq almaq imkanım var, səyahətə yollanmaq istəyirəm”, – deyə o bildirib.

Biarın sözlərinə əsasən, həyat yoldaşı ilə uzun müddət İtaliyanı görmək sevdasında olub. Qazandığı mükafat onun bu arzusunu gerçəkləşdirməsinə imkan verir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...