“Apple”-ın “iPhone” satışı ilə bağlı məlumatları paylaşmamasına baxmayaraq, müstəqil analitiklər şirkətin smartfonlarının hesabatını aparırlar.
Müxtəlif analitiklərin satışla bağlı məlumatları oxşardır, belə ki, onlar Cupertinoda şirkətin işlərinin yaxşı getmədiyini bildirirlər.
IDC analitiklərinin açıqlamasına görə 2019-cu ilin birinci rübü Avropada “Apple” üçün son beş ilin ən pis dövrü olub. Şirkətin hər vahidə görə toplam payı ötən ilin 20,2% ilə müqayisədə 7,8% olub.Birinci və dördüncü rüblərin onun üçün adətən gəlirli olmalarını nəzərə alsaq demək olar ki, bu rəqəmlər çox aşağıdır.
Analitiklər satışın azalmasını smartfonlara olan tələbatın aşağı düşməsi ilə, eləcə də, istehlakçıları hələ də qorxuda saxlayan yüksək qiymətlə əlaqələndirirlər.