SoftBank və Toyota pilotsuz birliyə 1 mlrd. dollar investisya etmək niyyətindədir

Date:

Paylaş:

Eyni zamanda Uber pilotsuzlarını inkişaf etdirmək üçün layihə 5-10 milyard dollar dəyərində qiymətləndirmə əldə edir.

SoftBank və digər səhmdarlar şirkətin pilotsuz birliyinə 1 milyard dollar yatırım etmək üçün  Uber-lə danışıqlar aparırlar ki, bu barədə The Wall Street Journal  və The New York Times mənbələri məlumat verir. Reuters agentliyi potensial investorlar  sırasında Toyota-nın da adını  çəkir.

WSJ mənbələrinin məlumatına görə, danışıqlar hələ ləğv edilə bilər, lakin anlaşma baş tutsa bu barədə 2019-cu ilin aprelində xəbər veriləcək. 2017- ci ildə Uber, 2018-ci ildə xərclərin azalmasından əvvəl pilotsuzların inkişafı layihəsinə hardasa 750 milyon dollar xərcləyib ki, bu barədə də qəzetlər yazır.

Anlaşmanın  şərtləri Uber aksiyalarının satın alınmasını bildirir, belə ki bu da xüsusi olaraq pilotsuzlar üçündür. NYT belə hesab edir ki, şirkət bunun üzərində nəzarəti əldə saxlayır və inkişafı maliyyələşdirmək üçün pul sərf edir.

İnvestisiyalar Uberə  İPO-dan qabaq potensial səhmdarların cəlb edilməsinə kömək edəcək və bu da bir başlanğıc olaraq 120 milyard dollar kimi qiymətləndirilə bilər.

Uber və SoftBank şərh verməkdən imtina  ediblər. Toyotanın nümayəndəsi Reuters-ə açıqlamasında bildirib ki, şirkət mütəmadi olaraq müxtəlif investisiya variantları öyrənir, lakin hələ ki açıqlanası heçnə yoxdur.

SoftBank Uber-lə razılaşmanı dayandırıb və 2018-ci ilin yanvarında şirkətin ən iri səhmdarı olub. Mayda yapon şirkəti Cruise avtopilotunun texnologiyasının inkişafına 2,25 milyard dollar pul qoyub.

2018-ci ilin dekabrnda Uber və Lyft taksı şirkətləri eyni vaxtda İPO-ya müraciət etdilər. WSJ-dan verilən məlumata görə, Uber 2019-cu ilin birinci kvartalında artıq səhmləri yerləşdirə bilər, Lyft isə bunu mart və ya aprelə planlaşdırır.

2019-cu ilin 12 martında The İnformation-da  yazılırdı ki, eyni zamanda Google-a aid olan Alphabet , Waymo pilotsuz maşınlarının inkişafı üçün xarici səhmdarlar axtarır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...