Yaponiyanın “SoftBank”ı təxminən 108 milyard dollar həcmində Vision Fund 2 fondunun yaradılması barədə xəbər verib. Fond texnoloji şirkətlərə yatırım edəcək.
“SoftBank” fonda 38 milyard dollar sərmayə qoyur. Qalanını isə “Apple”, “Foxconn”, “Microsoft” kimi səhmdarlar və həmçinin Qazaxıstanın suveren fondu, bəzi banklar və digər şirkətlər qoyacaq. TechCrunch qeyd edir ki, indi SoftBank daha bir sıra potensial tərəfdaşlarla danışıqlar aparır və fondun ümumi məbləği arta bilər.
2019-cu ilin iyununda SoftBank-da bildiriblər ki, Vision Fund ümumi məbləği 64,2 milyard dollar olan 71 yatırım edib, Bloomberg qeyd edir. Əsas yatırımları fond WeWork, Slack və Uber-ə edib.