Əsas səhifə Xəbərlər “SOCAR”-ın vitse prezidenti istefaya göndərildi

“SOCAR”-ın vitse prezidenti istefaya göndərildi

186

Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-da vergi yoxlaması nəticəsində vitse-prezident Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edildiyi bildirilir.

Bizplus.az xəbər verir ki ,məlumata görə, Mikayıl İsmayılov şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən kənarlaşdırılıb. Oğurluqların əsas hissəsi məhz bu sahələrə aiddir.

Məlumatlı mənbələr bildiriblər ki, təchizat və satınalma məsələlərinə şirkətin başqa vitse-prezidenti Elşad Nəsirov nəzarət edəcək. Ancaq, əsas səlahiyyətlərini itirməsinə baxmayaraq, M.İsmayılov vəzifələrinin konkret dairəsi məlum olmadan rəsmi vitse-prezident postunu tutmaqda davam edir.

Xatırladaq ki, artıq neçə həftə idi müxtəlif KİV-lər, həmçinin məlumatlı mənbələr vaxtaşırı Azərbaycan Dövlət Neft Şirkətində yoxlamalar barədə məlumatlar verirdilər. SOCAR şirkətin bütün strukturlarının və bölmələrinin yoxlamasını şərh edərək, Vergilər Nazirliyi tərəfindən aparılan auditi müntəzəm yoxlama kimi, hansı ki, iki ildə dəfə həyata keçirilir, qiymətləndirib.

İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olmuşdur.

Rəy bildir

Please enter your comment!
Please enter your name here