Əsas səhifə Xəbərlər Digər xəbərlər SOCAR strartap layihələrinə pul ayıracaq

SOCAR strartap layihələrinə pul ayıracaq

10
Paylaş

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gənclərin startap layihələrinə maliyyə dəstəyi göstərəcək.

Bu barədə gənclərlə görüşdə bildirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, startap layihələrinin həyata keçirilməsi üçün gənclər arasında müsabiqə keçiriləcək və bunun üçün SOCAR-ın Elm Fonduna ildə 250 min manata qədər vəsait ayrılıb.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov isə bildirib ki, 30 yaşa qədər olan gənclərin layihələri qəbul ediləcək. Onun sözlərinə görə, Elm Fondu ilə birlikdə jüri yaradılacaq və seçilən layihələrin maliyyələşdiriılməsi üçün vəsait ayrılacaq.