SOCAR sarın aldığı şirkətlərin idarəçiliyi üçün şirkət təsis edib

Date:

Paylaş:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” Almaniyanın EWE şirkətindən satın aldığı şirkətlərin idarəçiliyi üçün “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətini təsis edib.

Yeni şirkətin rəhbərliyinə Gunter Seymus təyin edilib.

Onun SOCAR-ın Türkiyə və digər ölkələrdəki şirkətlərində 10 ildən çox çalışdığı, 2016-cı ilin may ayından “SOCAR Turkey”də müşavir olduğu bildirilib.

Qeyd edək ki, iyunun 17-də Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” ve “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb. Bu şirkətlərin satınalma sənədləri bu ilin yanvar ayında imzalanıb.

2007-ci ildə Türkiyə bazarına daxil olan “EWE Turkey Holding” enerji təbii qaz paylanması və telekommunikasiya sahələrində “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” vasitəsilə fəaliyyət göstərirdi. “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan “EWE Turkey Holding” 2017-ci ilin sonundan etibarən, təxminən, 2,4 mlrd. TL-lik dövriyyəyə nail olub.

 

Gunter Seymus
Gunter Seymus

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...