Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “SOCAR” daha bir YDM istifadəyə verib – bu dəfə RUMINİYADA

“SOCAR” daha bir YDM istifadəyə verib – bu dəfə RUMINİYADA

53
Paylaş

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

Ölkənin cənubi-qərb regionunda, Serbiya və Bolqarıstan istiqamətindəki avtomagistrallar üzərində yerləşən Craiova şəhərində “SOCAR” brendi altında sayca 44-cü YDM açılıb. Yeni məntəqə, bu regionda müştərilərin ixtiyarına verilən sayca ilk YDM-dir. Məntəqədə 3 sayğac və elektriklə işləyən elektromobillər üçün şarj quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşını eyni anda benzin və dizel yanacaqları ilə təmin ediləcək. YDM ərazisindəki “Nar” kafedə müştərilərə yerli və Azərbaycan məhsulları təqdim olunur. “Made in Azerbaijan” brendinin təbliği istiqamətində bütün məntəqələrdə Azərbaycan guşəsi yaradılıb və burada ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilməkdədir.

Rumıniyada investisiya layihələrini uğurla reallaşdıran SOCAR, bu ölkənin iri şəhərlərində ilbəil yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirməkdə davam edir. Hazırda SOCAR Rumıniyanın 21 regionu – Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və Craiovada yanacaqdoldurma məntəqəsinə malikdir.

Qeyd edək ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.