Şöbə müdiri: “Xəzər dənizi daha çox tullantı suları ilə çirklənməyə məruz qalır”

Date:

Paylaş:

“Xəzər dənizi daha çox tullantı suları ilə çirklənməyə məruz qalır”.

“Bizplus.az” “Report.az” – a istinadla xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, bəzi çirkləndiricilər tullantı sularını təmizləmədən birbaşa Xəzər dənizinə atmaqda davam edirlər: “Əslində, tullantı suları təmizləyici qurğulara yönəldilməli və təmizləndikdən, zərərsizləşdirildikdən sonra dənizə axıdılmalıdır. Lakin bəzi müəssisələrdə müvafiq standartlara cavab verməyən, primitiv üsulla düzəldilmiş sistemlərdən istifadə edirlər və bunu təmizləyici qurğu adlandırırlar. Hazırda tullantı sularının təmizlənməsi üçün çox sadə və asan idarə olunan texnologiyalar, təmizləyici qurğular mövcuddur. Ölkəmizdə də bəzi müəssisələrdə bu texnologiyalardan istifadə olunur”.

Şöbə müdiri bildirib ki, Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün çirkləndiriciləri tez bir zamanda tullantı sularının təmizlənməsi üçün çox sadə, müasir standartlara cavab verən, quraşdırılması və idarə olunması asan olan, eyni zamanda maliyyə cəhətdən sərfəli modul və stasionar qurğular quraşdırmağa çağırırıq: “Mütəxəssislərimiz tərəfindən tullantı sularının idarə olunmasının icra prosesinə nəzarət ediləcək. Bu gün kütləvi informasiya vasitələri vasitəsilə çirkləndiricilərə bir daha çağırış və tövsiyə edirik ki, tezliklə bu qurğulardan quraşdırsınlar. Sonra deməsinlər ki, eşitmədik, bilmədik. Hər bir fiziki və hüquqi şəxs problemin vacibliyini və aktuallığını başa düşməli, Nazirlik tərəfindən verilən xəbərdarlığın müddəti başa çatanadək tədbir görməlidir”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...