Snapchatın səhmləri ucuzlaşmağa davam edir

Date:

Paylaş:

Mobil mesajlaşma tətbiqi “Snapchat”i yaratmış “Snap” adlı şirkətin səhmləri şirkətin üç aylıq tarixindəki ən aşağı səviyyəyə enib.

“Marja” xəbər verir ki, Nyu-York Birjasında əməliyyat görən “Snap” şirkətinin səhminin dəyəri, keçən həftə 16% ucuzlaşdıqdan sonra, bu gün də 3,3 faiz dəyərdən düşüb.

“Snap”in səhm qiyməti bu gün 17 dollara qədər geriləyib Beləliklə, şirkətin səhmi  ilk IPO  edildiyi qiymətə qədər düşmüşdür. Bundan başqa, şirkətin bazar dəyəri də 20 milyard dollardan aşağı enib.

2 Martdakı IPOsunda şirkətin səhmləri 17 dollardan satışa təqdim olunmuş və 2 saat içində 25,75 dollara çıxaraq 51 faiz bahalaşmışdı.

Həmin gün, “Snap”in bazar dəyəri təxminən 36 milyard dollar olarkən, şirkət, bazar dəyəri təxminən 11 milyard dollar olan “Twitter”ı geridə qoymuşdu.

ABŞ-ın texnologiya firmalarının səhmlərinin bu həftə düşdüyünə diqqəti çəkən mütəxəssislər, investorların “Snap” səhmlərində də satışa yönəldiklərini bildirirlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...