“Facebook” və “Pinterest”in səhmləri 2019-cu il üçün yaxşı artım dinamikasını göstərir. Amma Snapchat səhmlərindən geridə qalırlar, belə ki, ilin əvvəlindən onlar 200% artıb.
Birjada iki il bundan əvvəlki uğursuz debütdən sonra “Snapchat” 2019-cu iləd yenidən zəfərə imza atır. Hal-hazırda onun kapitalizasiyası təxminən 23,5 milyard dollar təşkil edir. Bir səhmə düşən qiymət isə 17 dollardır.
Bu il “Snapchat”ın səhmləri texnoloji sektorun digər oyunçularının qiymətli kağızlarını geridə qoydu. Onlar iShares U.S. Technology birja fondunun portfelində ən yaxşı dinamikanı göstərirlər.
Son rüblərdəki çoxlu gəlir, yeni gəlir mənbələri və yüksək mənfəət Snapchat səhmlərinin artmasına səbəb olub.
Snap 2017-ci ilin martında 31 milyard dollar kapitalizasiya ilə IPO keçirəndə şirkət yeni Facebook olmağı hesaba almışdı. Amma çox tanınmadı. Daha çox gəncləri cəlb edir – orta yaşlı nəslə isə o çox çətin istifadə olunan bir şəbəkə kimi gəlir.
Bəzi analitiklər belə hesab edirlər ki, gələcəkdə yeni oyun biznesi Snapchat-ın inkişafı üçün əsas səbəb ola bilər. Evercore analitiki ISI Kevin Rippi belə hesab edir ki, 2022-ci ildə bu istiqamətdə illik gəlir 350 milyon dollara çata bilər.