Əsas səhifə Biznes sahələri Texnologiya Snapchat proqramçısı Spectacles “ağıllı” gün eynəklərinin üçüncü modelini təqdim edib

Snapchat proqramçısı Spectacles “ağıllı” gün eynəklərinin üçüncü modelini təqdim edib

806
Paylaş

İstifadəçilər bu eynəkləri 380 dollara sifariş də biləcəklər.

Snap şirkəti Spectacles 3 “ağıllı” gün eynəklərini təqdim edib. Yeni model iki HD-kamera ilə təchiz olunub. Onun köməyilə istifadəçilər 3D formatında şəkillər və videolarv çəkə biləcəklər.

İstifadəçilər həmçinin, şəkillərə və videolara artırılmış reallıq elementlərini əlvə edə və Snapchat tətbiqində kontenti dostları ilə bölüşə biləcəklər.

Digər modellərdən fərqli olaraq, bu model eynəklər plastikdən deyil paslanmayan poladdan hazırlanıblar. İki rəngdə təqdim olunublar: qara və qızılı çəhrayi.

Eynək dəstinə qutusu və enerji kabeli də daxildir. Qeyd edilir ki, eynək və aksesuarları suyadavamlı deyillər. Spectacles 3 2019-cu ilin payızında satışa çıxarılacaq.