Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Snapchat-ın gəliri 48% artıb

Snapchat-ın gəliri 48% artıb

123
Paylaş

Şirkətin xalis zərəri 255 milyon dollar olub.

Snap ( “yox olan” Snapchat şəkil və videolarının göndərilməsi üçün tətbiq proqramçısı) 2019-cu ilin ikinci rübündə gəliri 48% artıraraq 388 milyon dollara çatdırıb. Bloomberg qeyd edir ki, analitiklər 360,5 milyon dollar gözləyirdilər.

Şirkət 2019-cu ilin ikinci rübündə xəlis zərəri 255 milyon dollara endirib. Keçən il bu göstərici 353 milyon dollar olub. ARPU( bir fəal istifadəçidən gələn orta gəlir) 1,4 dollar qarşılığında 1,91 dollar olub.

İkinci rübdə fəal istifadəçilərin sayı orta hesabla 8% artıb və günə 203 milyon insana çatıb. Bu, analitiklərin gözlədiyi 191,7 milyon insan sayından çoxdur. Agentlik bildirir ki, şirkət artırılmış reallıq alətlərinin köməyi ilə 7-8 milyon yeni istifadəçi cəlb edə bilib.

Nyu-York fond birjasında ticarətin başa çatmasından sonra şirkətin səhmləri hesabat fonunda  4,88% artıb və 14,83 dollar olub.