Əsas səhifə Biznes Snapchat 2017-ci ilin ilk rübündə 2.2 milyard dollar zərər edib

Snapchat 2017-ci ilin ilk rübündə 2.2 milyard dollar zərər edib

1252
Paylaş

Birjaya yeni daxil olan Snapchat 2017-ci ilin ilk rübünə olan maliyyə hesabatlarını açıqlayıb. 2016-cı ilin son rübündə 158 milyon günlük aktiv istifadəçi sayını cəmi 8 milyon artıra bilib. Snapchatın klonları kimi ortaya çıxan Whatsappın status özəlliyi günlük 175 milyon aktiv, instagram hekayələri isə günlük aktiv 200 milyon istifadəçiyə çata bilib.

İlin ilk rübündə 2.2 milyard dollar zərər!

Snapchatın problemi yalnız istifadəçi sayının yavaş artımı deyil, həm də mənfəət qazanmasıdır. 2016-cı ilin ilk rübündə cəmi 104.5 milyon dollar zərər edən Snap şirkəti bu ilin ilk rübündə 2.2 milyard dollar zərər edib.

Snapchatda gün ərzində 3 milyard snap paylaşılır.

2016-cı ilin son rübündə 2.5 milyard snap paylaşıldığı halda 2017-ci ilin ilk rübündə bu rəqəm 3 milyarda qədər yüksəlib. Ancaq facebookla olan rəqabətdə məğlubiyyətə yaxınlaşdığı düşünülən snapchatın maliyyə hesabatlarının açıqlanmasından sonra səhmləri 25 faiz azalıb.