SMM-də ən çox rastlanan 10 səhv

Date:

Paylaş:

SMM – yəni Sosial Media Marketinq (və ya Sosial Media Menecment) hazırda ən gündəmdə olan digital marketinq alətidir. Bir çox reklam mütəxəssisi bu kanaldan öz bilgi və təcrübəsi çərçivəsində istifadə edir. Onlar da bu işi peşəkar səviyyədə bilmədiklərinə görə təbiidir ki, səhvlər edə bilər. Bu yazıda biz, SMM-də ən çox rastlanan 10 səhv barədə danışacağıq.

1. Sosial media strategiya və ya planımız yoxdur

Hər bir iş strategiya ilə başlayır və plan əsasında həyata keçirilir. Bizdə isə SMM işçiləri sırf insanları əyləndirmək, daha çox bəyənmə, şərh toplamaq üçün kontent hazılayır, hər səhər işə gəlib “Bugün nə post paylaşaq?”sualına cavab axtarır. Əslində isə hazırlanan kontent potensial müştərinin maraq və ehtiyaclarına cavab verməli, son nəticədə marketinq məqsədlərinə nail olmağa kömək etməlidir.

2. Hədəf auditoriyasını elə də yaxşı tanımırıq

Sosial mediada paylaşılan kontent kim üçün nəzərdə tutulub? Facebook-da, İnstagram-da boş vaxtlarını keçirənlər, hər posta mız qoyanlar üçün, yoxsa səhifənin reklam etdiyi məhsulu alacaq potensial müştəri üçün? Cavabınız ikinci variantdırsa,
özünüzə növbəti sualı soruşun: siz öz potensial müştərinizi nə qədər yaxşı tanıyırsız? Cavab verməkdə çətinlik çəkirsinizsə demək daha bir SMM səhvi edirsiz.

3. Kontent strategiyamız yoxdur

Kontent strategiyası hazırlanan kontentin nə vaxt, harda və necə paylaşmaq üsullarını müəyyən edir. Burda SMM səhvi necə baş verir? Postlarınızı hədəf auditoriyanızın ən akiv olduğu şəbəkədə, ən çox reaksiya verdikləri vaxtlarda paylaşmaqla daha çox orqanik ünsiyyət yarada bilərsiz. Bunları bilmədən, çox gözəl kontenti paylaşsanız belə, sosial şəbəkənin alqoritmi bu kontenti lazımi qədər izləyiciyə göstərməyəcəkdir.

4. SMM-ə ayırdığımız resurslar yetərsizdir

SMM-in, marketinq aləti kimi öz məqsədləri var. Bu məqsədlərə nail olmaq üçün müəyyən qədər resurslara sahib olmalıdır. Bu resurslar hansılardır? Mütəxəssisin biliyi, şəkillərin peşəkar fotoqraf və ya dizayner tərəfindən hazırlandığı, paylaşılan postlar üçün yetərsiz və ya heç büdcə ayrılmaması. Hazırlanan kontent nə qədər keyfiyyətli olarsa, daha çox maraq və ünsiyyətə səbəb olacaq. Pul verib kontent hazırlayırsız, amma onu daha çox adama göstərmək üçün büdcə ayırmırsız? Bütün bunlar SMM səhvi kimi işinizin effektivliyini aşağı salacaq.

5. KPİ-lar biznes məqsədlərə bağlı deyil

Sosial media kanallarında paylaşdığınız və reklam etdiyiniz kontentin effektivliyini necə ölçürsüz? Hansı KPİ-larınız var? Onlara nail olmaq üçün hansı promouşn strategiyasını rəhbər tutursuz? Ən əsası isə bu KPİ-lar biznes məqsədlərinə uyğundurmu? Misal üçün, siz daha çox İnstagram-da izləyici sayını artırmağa çalışırsız, amma əslində bu izləyicilər heç də sizin potensial müştəriniz deyil. Və ya reklam edirsiz, amma reklamı sizin məhsula marağı olmayanlar (da) görür. Siz heç reklam bitəndən sonra reklamı kimlər görüb, kimlər daha çox videonuza baxıb deyə maraqlanmısınızmı? Yox? Onda bir SMM səhvi daha etmişsiniz.

6. Müştəri xidmətimiz yoxdur

SMM işçilərinin etdiyi səhvlərdən biridir – kontenti paylaşırlar, amma potensial müştərilərin suallara, müraciət və şikayətlərinə cavab vermirlər, görməzdən gəlirlər. Sosial media 2 tərəfli ünsiyyət kanalıdır, siz istifadəçilər ilə danışdığınız kimi, onlar da sizinlə danışa bilər. Buna hazır olmaq vacibdir – şirkət işçisi olaraq SMM işini görürsünüzsə operativ şəkildə suallara cavab vermək üçün ən azından Tez-tez soruşulan suallar kimi yaddaş kitabçanız olmalıdır. SMM agentliyi işçisi kimi müştəri səhifəsini aparırsınızsa, ya bu cür sorğulara cavab verə biləcək müştəri və məhsulu haqqında məlumatınız olmalı, ya da bu işi şirkətə dövr etməlisiniz.

7. Mənfi PR hallarını düzgün idarə edə bilmirik

Əvvəlki SMM səhvi misalında qeyd etdiyimiz kimi, sosial mediada sizə qarşı mənfi rəylər də olacaq. Bundan qaçmaq mümkün deyil. Sosial media hesablarınızda, və ya istifadəçilərin özlərinin sizi tag edərək şikayətlərinə düzgün və vaxtında reaksiya vermək vacibdir. Şikayət haqqlıdırsa dərhal üzr istəməli və səhvinizi düzəltməlisiniz. Haqqlı deyilsə və ya araşdırmağa ehtiyac varsa, bu halın baş verdiyinə görə təəssüfünüzü bildirib məsələnin araşdırılacağına söz verməlisiniz. Nəticə barədə də izləyicilərinizi dərhal məlumatlandırmalı, bu halı özünüzə müsbət PR nümunəsi kimi istifadə etməlisiniz.

8. Reklam olunan paylaşımları idarə edə bilmirik

Paylaşdığınız postları reklam edirsiz? Facebook-un verdiyi məlumata görə səhifələrin 2/3 heç vaxt reklam vermir. Reklama qoyanda hədəfləməyə diqqət edirsiz, yoxsa Facebook və ya İnstagram-ın ixtiyarına buraxırsız? KPİ-lara çatmaq üçün nə qədər büdcənin yetərli olduğu bilirsinizmi? Özünü peşəkar hesab edən SMM meneceri heç vaxt Facebookun Ads Managerinə daxil olmayıbsa, bir çox effektiv hədəfləmə və analitika alətlərindən xəbərsizdir.

9. Hər bir sosial media platformasında eyni iş aparırıq

Hər bir sosial media kanalı funsksionallıq baxımından fərqli və unikaldır. İnstagram istifadəçilərinin davranışları, kontent ilə ünsiyyət şəkli Facebook-dakından fərqlənir. Facebook-da daha çox şərh yazılırsa, İnstagram-da daha çox bəyənmə olur. YouTube-da videolara daha çox baxılır. SMM səhvi etməmək üçün hər bir kanala uyğun iş aparmaq, kontenti fərqləndirmək, kontentin hər bir platformada ən effektiv paylaşmaq vaxtlarını bilmək vacibdir.

10. Digər kanallar ilə inteqrasiya etmirik

Sosial media digər marketinq kanalları kimi bir marketinq alətidir. Ümumi marketinq kommunikasiyasının effektiv olması üçün bütün bu kanallar həmahəng şəkildə çalışmalı və bir nöqtəyə vurmalıdır. Misal üçün, şirkətin saytı. Bu sayta Facebook Pixel quraşdırmaqla siz, saytınıza gələn Facebook və İnstagram istifadəçilərini izləyə, reklamlarda onları ayrıca hədəfləyə bilərsiz. Google Analytics vasitəsi ilə hər bir sosial media kanalından gələnləri görə və hansı kanalın daha çox effektiv olduğunu müəyyən edə bilərsiz. Sosial media hesablarınızı CRM sisteminiz ilə inteqrasiya edərək müştərininin mümkün şikayətlərini daha səmərəli şəkildə idarə edə bilərsiz. Onlayn mağazanız varsa, saytınızdakı məhsulları Facebook səhifənin mağazası ilə əlaqələndirib, paylaşımlarınızda məhsullarınızı tag edə və maraqlananları birbaşa onlayn mağazanıza göndərə bilərsiz.

SMM işçilərinin etdiyi səhvlər ancaq bunlardırmı? Əlbəttə yox. Bu yazıda qeyd olunan top 10 SMM səhvi ümumi SMM işinin effektivliyinə ən çox təsir edənlərdir. Bu cür səhvlərinizin olmaması ümidilə…

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...