Əsas səhifə Biznes sahələri Texnologiya “SmartPay” ödəmə sistemi Naxçıvan Muxtar Respublikasında sınaqdan keçirilib

“SmartPay” ödəmə sistemi Naxçıvan Muxtar Respublikasında sınaqdan keçirilib

236
Paylaş

“SmartPay” ödəmə sisteminin mobil əlavəsinə təmassız ödəniş texnologiyası inteqrasiya edilib. 

İlkin olaraq bu yenilik Naxçıvan Muxtar Respublikasında sınaqdan keçirilib. Cari ilin ortalarına isə təmassız ödənişlərin aparılması Bakının bəzi ticarət obyektlərində mümkün olacağı gözlənilir.

Qeyd edək ki, “SmartPay” sistemi kommunal, stasionar və mobil telefoniya, internet, kabel televiziyası və digər xidmətlərin ödənişləri üçün nəzərdə tutulub. Hazırda sadalanan xidmətlərin ödənişini “SmartPay” mobil əlavə və ödəmə terminalları vasitəsi ilə aparmaq mümkündür. Ölkə üzrə “SmartPay” ödəmə nöqtələrinin sayı 2 mindən artıqdır ki, onların 1,1 mini poçt şöbələrinin payına düşür. “SmartPay” terminalların ümumi sayı 50-dən çoxdur.