Amerikanın sensorlar hazırlayan Sentons şirkəti ilə Tayvanın elektronika istehsalçısı Foxconn smartfonlar üçün virtual düymələr hazırlamaqla bağlı razılığa gəliblər. Bu barədə VentureBeat yazır.
Yeni düymələr jestlərə cavab verəcəklər: toxunmaq, sıxmaq (“düyməni basmaq”) və başqa. Sentons həmin düymələri tədricən adi, mexaniki olanları ilə əvəz etməyi planlaşdırır – məsələn, səs tənzimləyici düymə. Düymələr məqsədli jestləri ayıra bilirlər və yalnış olanlarına cavab vermirlər.
Virtual düymələr sayəsində smartfonlar daha da nazik görünüş alacaqlar və düymələr paneli smartfonun istənilən yerində quraşdırıla bilər, hətta yan tərəfin altında belə.
Qeyd edək ki, panelin uzunluğu 1,9 dyümdür. Ona submikron ölçülü 20 ultrasəs diskret sensorlar daxildir. Şirkət panelin nazik, qatlanmış və əyri ekranlara uyğun olduğunu təsdiqləyir.