Əsas səhifə Biznes sahələri Texnologiya Smartfon istehsalı kimyəvi elementlərin tükənməsinə səbəb olur

Smartfon istehsalı kimyəvi elementlərin tükənməsinə səbəb olur

194
Paylaş

Müasir smartfonlar çoxlu sayda komponentlərdən ibarətdir və onların istehsalı üçün ən müxtəlif kimyəvi elementlər istifadə olunur. Alimlərin sözlərinə görə, həmin kimyəvi elementlərin bəziləri məhdud saydadır, hətta bəziləri tükənmək üzrədir.

“Bizplus.az” – ın bildirdiyinə görə,  “ICTnews” Elektron Xəbər Xidmətinin  “4pda.ru” saytına istinadən yazır ki, smartfon istehsalında təxminən 30 kimyəvi elementdən istifadə olunur. Bu kimyəvi elementlərin bəziləri təbiətdə olduqca məhdud saydadır.

“Dünyada mövcud olan kimyəvi elementlərin hər biri məhdud saydadır və biz bu ehtiyatı çox sürətlə istifadə edirik, buna görə 100 ildən də az bir müddətdə hansısa kimyəvi element tükənəcək” – Şotlandiyanın “Sent-Endryus” universitetinin alimi Devid Koul-Hamilton deyib.

Alimlər təbiətdə müxtəlif kimyəvi elementlərin tükənməsinin qarşısını almaq üçün insanları köhnə telefonları vaxtında utilizasiya etməyə səsləyiblər. Məlumata görə, Avropa Birliyi ölkələrində hər ay təxminən 10 milyon smartfon tullanılır və ya əvəz olunur.