Smartfon istehsalçısı “Motorola” ilk televizor modelləri seriyasını təqdim edib

Date:

Paylaş:

Smartfon istehsalçısı kimi tanınan “Motorola” şirkəti televizorlar bazarına daxil olaraq “Motorola TV” brendli ilk modellər seriyasını təqdim edib.

Baxış bucağı 178 dərəcə təşkil edən televizorlarda səsi ekran altında yerləşən 30 vat gücündə səs paneli təmin edir. “Android 9” əməliyyat sisteminin idarəetməsi ilə işləyən modellər oyunları dəstəkləyir. Dəstə, həmçinin simsiz kontroller daxildir. Televizorlar modeldən asılı olaraq 1 giqabaytlıq və ya 2,25 giqabaytlıq operativ yaddaş və 8 və ya 16 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub.

Məlumata görə, “Motorola” televizorlarının ilk satışa çıxarılacağı ölkə Hindistan olacaq. Satışlara yerli “Flipkart” onlayn pərakəndə satış şirkəti ilə tərəfdaşlıqda başlamaq nəzərdə tutulur. Yeni modellərin digər ölkələrdə nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.

32 düymlük “HD” ekranlı kiçik modelin qiyməti 196 dollar, 65 düymlük “4K” formatlı ekrana malik böyük modelin isə 910 dollar təşkil edir. Bundan başqa, alıcılara 43, 50 və 55 düym diaqonallı modellər təklif olunur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...