Şirkətin yeni CEO-su Fransanın GSM operatoru “Orange” şirkətinin keçmiş idarəçilərindən İv Meitra olub. Bu günə qədər CEO vəzifəsini icra edən Şer Vanq isə “HTC” prezidenti olaraq qalacaq.
Yeni CEO ilə birlikdə “HTC”nin virtual və genişləndirilmiş həqiqətlə bərabər 5G və süni intellektə fokuslanmağa davam edəcəyi açıqlanıb
Qeyd edək ki, 2018-ci ildə gəliri 1 milyard dollardan aşağı düşən “HTC2 ağıllı telefon bölməsinin böyük bir hissəsini ötən il “Google”a satıb.