Slack-ın Workflow Builder konstruktoru vasitəsi ilə istənilən şəxs messenger-in daxilində tətbiq yarada biləcək
“Workflow Builder – bizim platformanın genişlənməsidir. Onun vasitəsi ilə proqramlaşdırma biliklərinə sahib olmayan insanlar Slack-ın daxilində tətbiq və proseslər yarada biləcəklər.” – deyir Slack məhsulunun idarə heyyətindən Endi Pflaum
Bot və tətbiqlər üçün Slack platforması 2015-ci ildə təqdim olunub. Onun asanlaşmış versiyası Block Kit fevral ayında istifadəyə açıq oldu. Workflow Builder messenger daxilində tətbiqlərin yaradılmasını daha da asanlaşdırır – onun vasitəsi ilə tez və asan iş prosesi yaratmaq olar.
“Buraxdığımız ilk versiya daha çox Slack-ın daxilində mövcud olan iş prosesləri üçün nəzərdə tutulub. Məsələn siz Slack-da məlumat daxil edirsiniz, o isə birbaşa olaraq əlaqədar şəxsə və ya kanala yönlənir.” – deyir Pflaum.
“Növbəti versiyalarda digər tətbiq və servislərə qoşulmaq imkanları da olacaq. Beləliklə, siz özünüz üçün CRM, texniki dəstəyə müraciət sistemi və ya səhvlərə nəzarət sistemi yarada bilərsiniz.