“Skyscanner” turizm şirkəti rebrendinq edib

Date:

Paylaş:

Səyahət bazarının daha müasir, davamlı inkişafına keçidinə rəhbərlik etmək istəyən “Skyscanner” rebrendinq elan edib. Yeni, parlaq firma üslubunu və cəsarətli missiyasını təqdim edib.

Advertology.ru nəşri yazır ki, yeni loqotip dörd əsas elementdən ibarətdir və onların uyğunluğu onun estetikasını formalaşdırır. Bunlar optimizm, ətraf mühitə qarşı ehtiyatlı münasibət, səyahətlər üçün ilham verən ideyalar və istiqamətlərdir.

Qeyd etmək yerinə düşər ki, rebrendinq şirkətin bütün plaformalarına təsir edəcək. Bura tətbiq, deskop, mobil versiya və “Skyscanner”in 52 ölkə üzrə sosial şəbəkələri də daxildir.

“Skyscanne” öz işinin başlanğıcında aviabiletlərin axtarışı sahəsinə fokuslanmışdı. Bu gün isə o mehmanxanaların axtarışı və avtomobillərin kirayəsi də daxil olmaqla, səyahət təşkilinin bütün mərhələlərində insanlara kömək edir.

Videoya keçid üçün linkə klik edə bilərsiniz.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...