Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Skype” təsisçisinin vençur şirkəti $820 mln. cəlb edib

“Skype” təsisçisinin vençur şirkəti $820 mln. cəlb edib

8
Paylaş

“Skype”ın yaradıcısının vençur şirkəti olan Atomico rekord 820 milyon dollar cəlb edib. O, Avropanın ən iri vençur firmalarından biridir. CNBC yazır ki, əldə etdiyi vəsaiti şirkət Avropanın texnoloji startaplarına (istehlak, korporativ və “qabaqcıl” texnologiyalar) xərcləyəcək.

Səhmdarlar arasında Avropanın təqaüd fondları və  Adyen, Klarna, TransferWise kimi fintex-şirkətlərin qurucuları var.

Hal-hazırda “Atomico”nu Avropa Birliyinin ən iri vençur şirkəti olmaqdan cəmi 2,7 mlrd. dollar ayırır.

2019-cu ilin sonunda şirkətin Avropanın texnologiya startaplarına yatırmı 34,3 mlrd. dollar olub. Bunun 10 mlrd. dolları ancaq amerikan vençur fondlarından olub.