“Şkoda” Azərbaycanda elektriklə işləyən avtobuslar istehsal etmək istəyir

Date:

Paylaş:

Çexiyanın tanınmış “Şkoda Transportation Group” şirkəti Azərbaycanda elektriklə işləyən avtobusların istehsalında maraqlıdır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

Belə ki, “Şkoda Transportation Group” şirkəti ölkəmizdə elektriklə işləyən avtobusların müvafiq istehsalının qurulması ilə bağlı yerli tərəfdaşlara əməkdaşlıq təklifi ilə müraciət edib. Şirkətin elektriklə işləyən avtobusların ölkəmizdə istehsalının qurulması ilə bağlı təklifi ilə bağlı AZPROMO-ya daxil olmuş məktubuna baxılıb. Yerli sahibkarları məlumatlandırmaq məqsədi ilə sözügedən məlumatlar AZPROMO-nun internet səhifəsində yerləşdirilib.

Verilən təkliflə əməkdaşlıqda maraqlı azərbaycanlı iş adamları və sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...