Əsas səhifə Biznes İş qadını Sizləri heyran edəcək 1 milyard dollara tikilən dünyanın ən bahalı evi

Sizləri heyran edəcək 1 milyard dollara tikilən dünyanın ən bahalı evi

1762
Paylaş
dünyanın ən bahalı evi

Bir evdən nə gözlədiyinizi soruşmayacam. Əlbəttə ki, hamı böyük və əzəmətli sarayda yaşamağı istərdi. Bəzən həyat və xəyallar arasında uyğunsuzluq olar və yaşadığınız ev mənzil heç də sizin ürəyinizcə olmaz. Sizə dünyanın ən bahalı və dəbdəbəli evini göstərməzdən öncə sizə bir qeyd olaraq bildirim ki, öz yaşadığınız evi sevin və orada xoşbəxt olmağa çalışın.

Antilia – dünyanın 1 milyard dollar xərclənən ilk evi olaraq tarixə düşüb.  Bəlkə də zənginlər dünyasında hal-hazırda bu rəqəmi də üstələyəcək bir evin tikintisi həyata keçirilir. Amma Antilia hər zaman ilk olaraq qalacaqdır. Hindistanlı milyarder Mukesh Ambani və ailəsinə aid olan bu ev, Hindistanın Bombay şəhərində yerləşir. Hər kəsi heyran edən bu 27 mərtəbəli, vertolyot meydançalı, 6 mərtəbəli qarajlı, bağlı bağçalı bu ev sanki bir ailənin yox yüzlərlə insanın məskunlaşdığı evdir. Lakin burada yalnız və yalnız milyarderin ailəsi yaşayır. Geceqondu tipli evlərin dolu olduğu bir şəhərdə belə bir evə sahib olanlar insanlar tərəfindən ikrah hissi ilə qarşılanır. Asiyanın ən zəngini və dünyanın 39-cu ən zəngin adamı olan Ambani bu ev için varidatının 5%-ni xərcləmişdir. 27 mərtəbəli bu ev Rixter şkalasına görə 8 bal gücündə zəlzələyə davamlıdır.

Şəkillərdə dünyanın ən bahalı evi ilə ətraflı tanış ola bilərsiniz.

dünyanın ən bahalı evi

Mukesh Ambani, dünyanın zənginləri siyahısında 39. sırada yer alan milyarderi və Hindistanın ən zəngin adamıdır. Neft-kimya firması olan Reliance Industries’in İdarə Heyətinin sədridir. Asiyanın ən zəngin 19-cu milyarderidir.

dünyanın ən bahalı evi

Ambaninin ailəsi 19,6 milyard dolarllıq bir sərvətə sahibdir. Mukeş Ambani həyat yoldaşı və 3 övladı ilə birlikdə bu edə yaşayırlar. 

dünyanın ən bahalı evi

dünyanın ən bahalı evi

Antilia 3 min kv. metr ərazidə qurulub. 173 metr hündürlüyündə olan binanın çox hissəsinin şüşə təşkil edir. Evdə 600-a yaxın qulluqçunun çalışdığı bildirilir.

dünyanın ən bahalı evi

dünyanın ən bahalı evi

dünyanın ən bahalı evi

dünyanın ən bahalı evi

dünyanın ən bahalı evi

Qonaqların Bombay şəhərinin kəskin istilərindən qorunması üçün evdə xüsusi qış otağı da mövcuddur.

dünyanın ən bahalı evi

Dünyanın ən bahalı evində 9 ədəd lift var və sakinlərin, qonaqların tam rahatlığını təmin edir.

dünyanın ən bahalı evi

Evin yuxarısında 3 ədəd helikopter üçün dayanacaq yeri var.

6 mərtəbəli qarajı olan bu evdə 160 avtomobilin eyni vaxtda park etməsi üçün şərait var.

Tibb otağı, gimnastika otağı, yoqa salonu, spa otaqları, hovuzlar, rəqs mərkəzi və 50 nəfərlik kino zalı olan bu evdə həmçinin 2 mərtəbəli əyləncə məkanı da var. 

Yəqin ki,maraqlı olar hansı şirkət tərəfindən dizayn hazırlanıb. Cavabı – Perkins Will and Hirsch Bedner Associates

Dünyanın ən bahalı 10 evi

Hazırladı: Fərid İslamov

©Banco.az