“Palmali” Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti tərəfindən şirkətin sözügedən ölkədəki nümayəndəliyinə qarşı araşdırmalara başlanılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Şirkətin rəhbəri, məşhur iş adamı Mübariz Mənsimov sosial şəbəkədə sözügedən yazıları şər-böhtan adlandırıb.
“Sizin yalançı elanlarınıza gülüb keçirəm. Şükürlər olsun ki, Rusiyada qanun işləyir, ədalət var. Sizdə heç nə alınmayacaq. Bu ucuz sifarişinizin arxasıdna kimin dayandığını bilirəm”.
Şirkətdən həmçinin bildirilib ki, sözügedən xəbərin mənbəyi araşdırılır.
Qeyd edək ki, yoxlamalarla bağlı xəbəri “Russia Today” yayıb. Bildirilir ki, “Palmali” 1 milyarddan rubldan çox məbləğdə vergiləri ödəməyib.
© Qafqazinfo