Sizi inkişafa aparacaq 10 kitab

Date:

Paylaş:

İnsan cəmiyyətdə güclu mövqedə dayana bilməsi üçün daima  öz üzərində çalışmalıdır.  Bu yolda bizi şəxsiyyətin inkişaf etdirilməsi barədə yazılmış  kitablar kömək edir.  “Bizplus.az” bildirir ki, www.readit.az bu məqalədə  özünü inkişafa gətirib çıxardan kitablar barədə sizi məlumatlandırır.  Məqalədə təqdim edilmiş 10 kitabın hər biri milyonlarla insan tərəfindən oxunaraq yüksək qiymətləndirilmişdir.  

Şəxsi inkişaf sizi başqa insanlarla daha yaxşı münasibət qurmağınıza, hadisələrə  daha pozitiv yanaşmağa və pis hadisələrdən daha az təsirlənməyə  gətirib çıxarar.  Şəxsi inkişafla siz iş həyatında daha müvəffəqiyyətli, inamlı, faydalı, dəqiq hədəfləri olan birinə çevrilərsiniz. Bu vəziyyətdə uğursuzluga düçar olsanız belə  bunu normal qarşılayacaqsınız və səhvləriniz üzərindən uğura doğru addımlayacaqsınız.

Ən çox oxunan və bəyənilən şəxsi inkişaf kitablarının siyahısını hazırlayarkən sizə onların qısa məzmunu haqqında da məlumat verəcəyik.  Bununla siz hansı kitabın sizə daha uyğun olduğunu dəqiqləşdirə və addımlarınızı o istiqamətdə ata bilərsiniz.

1. Maykl Hyatt – Sənin ən yaxşı ilin

Hamımız yaxşı bir həyat yaşamaq və öz potensialımızı reallaşdırmaq istəyirik. Ancaq tez-tez müəyyənləşdirdiyimiz hədəflərdən əl çəkir və ya onları unuduruq. İllər keçir, ancaq biz arzularımızı həyata keçirmirik. New York Times jurnalının ən çox satılan müəlliflərindən biri olan Maykl Hyatt “Sənin ən yaxşı ilin” kitabında sizə məqsədlərinizi müəyyənləşdirmək və onları reallaşdırmaq üçün güclü, sübut olunmuş və tədqiqata əsaslanan bir sistem təqdim edir.

Qeyd edək ki, kitab 2018-ci ildə nəşr olunub, rus və türk dillərinə ilin sonuna qədər tərcümə edilməmişdi. Readit Azərbaycan oxucularına bu kitabın məzmununu ana dilimizdə çatdırır. Məzmunu buradan oxuya bilərsiniz => http://www.readit.az/az/library/book/78

2.Daha Ağıllı ol.

Readit-in 2018-ci il layihəsi olan “Daha Ağıllı ol!” kitabı özündə 15 ən məşhur kitabın məzmunu birləşdirir. Kitaba daxil olan məzmunların çoxusu ilk dəfə Azərbaycan dilində nəşr olunduğuna görə yerli auditoriya tərəfindən xüsusi maraqla qəbul edildi. Əgər siz biznes savadınızı yeniləmək və ömürlük konspekt əldə etmək istəyirsinizsə, bu kitabı mütləq oxumalısınız.

Bu kitab özündə 4 kateqoriyanı birləşdirir: Biznes, Menecement, Marketinq və satış, Motivasiya və Strtegiyalar.

Kitabın əsas xüsusiyyətlərindən biri də, onun “Oxu və Tədbiq et!” formatında olmasıdır. Təsadüfi deyil ki, “Daha Ağıllı ol!” kitabının əsas alıcı kütləsi top menecerlər, biznes sahibləri və işgüzar insanlardır.

3. Stiven R. Kovi – Yüksək effektli insanların 7 vərdişi

Yüksək effektli insanların 7 vərdişi ən çox oxunan şəxsi inkişaf kitablardan biri olduğunu əminliklə deyə bilərik. Bu kitab 73 ölkədə və 29 dildə 10 mln-dan çox nüsxə ilə satılmış unikal bir kitabdır. “New York Times” qəzeti onu “beynəlmiləl №1 bestseller”, ABŞ-ın keçmiş prezidenti Bill Klinton isə uğur əldə etmək istəyən hər bir kəsin stolüstü kitabı adlandırır. Kitabda yüksək effektli insanda olması vacib olan 7 vərdiş barədə danışılır.

Kitabdan əsas nəticə: Unutmayın! Siz nə qədər aktiv olsaz (vərdiş 1), bir o qədər şəxsi liderlik keyfiyyətinə (vərdiş 2) və özünü  idarəetməyə (vərdiş 3) sahiblənə  bilərsiniz. Həyatınızın idarəetməsində effektiv olarsanız (vərdiş 3), bir o qədər 2-ci kvadratda fəaliyyət (vərdiş 7) göstərərsiniz. Siz nə qədər anlamağa çalışsanız (vərdiş 6), bir o qədər sinerji axtararaq “Qalib/Qalib” ruhunda olacaqsınız (vərdiş 4 və 6). Yenilənmə isə – bütün vərdişləri yeniləmə prosesidir (vərdiş 7).

4. Malkolm Qladvel  – Dahilər və digərləri

Müvəffəqiyyətli insanlar haqqında danışılan  bir hekayə var və həmin hekayədə onların ağıllı və həvəsli olduğu deyilir. Malkolm Qladvel isə bu kitabında müvəffəqiyyətin real hekayəsinin bundan xeyli fərqli olduğunu və bəzi insanların niyə müvəffəqiyyətli olduğunu anlamaq üçün onların ətrafına daha diqqətli baxmalı olduğumuzu iddia edir. Məsələn ailələri, doğum yerləri və hətta doğum tarixləri  və s.  Müvəffəqiyyətin bu hekayəsi hamının düşündüyündən daha mürəkkəb və maraqlıdır.  Bu kitabı oxuduqdan sonra uğurlu insanlar barəsində fikirləriniz tamamilə dəyişəcəkdir. Malkolm Qladvell sanki uğurun formulunu oxucularına çatdırır, belə ki, onun araşdırmasına görə uğurun səbəbi heç də zəka deyil. Qeyd edək ki, bu kitabın məzmunu “Daha Ağıllı ol!” kitabında yer alıb və oxucular tərəfindən yüksək qiymət verilən məzmunlardan biridir.

5. Mümin Sekman – Hər Şey Səninlə başlayar

Minlərcə oxucu tərəfindən  bəyənilən  bu kitab sizə problemləri həll etmək iqtidarında olduğunuzu xatırladacaqdır. Kitabın əsas mövzusu uğur əldə etməyin yollarıdır. Kitab bizə uğursuzluqlardan qurtulmaq üçün nələr etmək lazım olduğunu izah edir. Çünki insan nə üçün uğursuzluğa düçar olmasının səbəblərini özü üçün dəqiqləşdirərsə, onları daha rahat kənarlaşdıra  bilər. Müəllif hələ tələbəlik  illərindən insanları uğura aparan yollar barədə araşdırmalar aparmışdır. Kitabda müəllif bizə uğur əldə etmək istəyiriksə, nə etməli olduğumuzu, nələri qazanacağımızı ya da etmədiyimiz təqdirdə nələri itirəcəyimizi başa salır.

6. Adam Qrant    –  Vermək və almaq

İnsanlar  çox vaxt uğur əldə etmək üçün rəqibinə qalib gəlməyi düşünür.  Halbuki başqalarına bir şeylər verərək də uğura çata bilərsiniz. Adam Qrant tarəfındən yazılmış  “Vermək ve almaq” kitabı New York Times və Wall Street Journal’da ən çox satılan kitablar siyahısındadır. Müəllifin bizə kitabda vermək istədiyi mesaj uğura sadəcə almaqla deyil, həm də verməklə əldə edə bilməyimizdir. Bu barədə ciddi araşdırmalar aparmış  yazıçı  fərqli  və maraqlı  nəticələrlə oxucuları təəccübləndirmişdir.  “Vermək ve Almaq“ kitabı uğurla bağlı suallarınızı cavablandırmaqla yanaşı, həm də  ona daha tez çatmağınıza  yardımçı olacaqdır.

7. Daniel Qolman  – Emosional zəka

Daniel Qolmanın psixologiya sahəsində yenilik yaradan bu kitabında, emosional zəkanın məntiqdən  daha vacib olduğunu sübut edir. Müəllifin tədqiqatlarına görə, emosional zəka insanın bütün fəaliyyətinə təsir edir və onun yoxluğu insanın həm şəxsi, həm də iş həyatında uğur qazanmasına, ictimai münasibətlərinə və sağlamlığına mənfi təsir göstərir. Müəllifin fikrincə, emosional zəka anadangəlmə deyil, fəaliyyət və vərdişlər nəticəsində qazanılır.

Bəs “emosional zəka” nədir? Onu ölçə bilərikmi? “Normal” zəkanı “emosional” zəkadan fərqləndirən nədir? Cavabları bilmək, cəsarətsizlik, əsəb, narahatlıq və depressiyanın öhdəsindən gəlmək, həmçinin uğur qazanmaq istəyirsiniz? Onda bu kitabı mütləq oxumalısınız.

8. Joe Navarro  – Bədən dili

“Bədən dili” kitabının müəllifi Joe Navarro keçmiş  FBI agenti olmuşdur.  300 səhifədın ibarət  olan kitabda  müəllifin  25 illik iş həyatı boyunca qazandığı təcübələri toplanmışdır.  Müəllif uzun illər ərzində insanların davranışlarını analiz etmiş, insanın hər bir hərəkətini fərqli  mənalarda izah etmişdir. Əgər kifayət qədər diqqətlisinizsə və bədən dilinə maraq göstərirsinizsə,  bu kitab tam sizin üçündür. Kitabın dili sadə olduğundan hər bir oxucu onu çox asanlıqla anlaya bilər. Əgər bədən dilini öyrənərək hayatınızı necə idarə edəcəyinizin yollarını öyrənmək istəyirsinizsə, bu kitabı mütləq oxumalısınız.

9. Keyt Ferrazi – Heç vaxt tək yemə

Müəllif uğur və uğursuzluq arasında incə bir xətt olan əlaqələrinin gücünün vurğulandığı “Heç vaxt tək yemə” kitabını 2005-ci ildə yazıb və kitab uzun müddət ABŞ-da ən çox satılan kitablar siyahısında qalıb. Kitabdan öyrənməli olduğumuz ilk məsələ, insanlarla münasibət qurarkən öz mənafelərimizi fikirləşmək əvəzinə, onların fəaliyyətinə necə dəyər əlavə edəcəyimizi düşünməli olduğumuzdur. Keyt Ferrazi rəhbər və konsultant olaraq yaşadığı hadisələri səmimi bir dillə kitabda əks etdirib. Əgər həyatınıza doğru insanları seçərək onlarla dost olsanız, heç bir zaman yalnız qalmazsınız. Bu insanlar sizin ən çətin zamanınızda belə yanınızda olar.

10. Maxwell Maltz – Xoşbəxtlik də bir vərdişdir

İxtsasca estetik cərrah olan Maxwell Maltz bir gün xəstələrin daxili gözəlliklərinin daha önəmli olduğunu düşünür ve bunu onlara aşılamaq məqsədi ilə  “Xoşbəxtlik də bir vərdişdir” kitabını yazır. Kitab axıcı bir dilə sahibdir. Bu səbəbdən onu tez bir zamanda oxuyub bitirə bilərsiniz. Müəllif  insanların xarici görünüşlərinin çox da önəmli olmadığını yazmışdır. O düşünür ki, düşüncə tərzinizi dəyişdirməklə həyatınızı da dəyişdirə bilərsiniz. Müəllifə görə xoşbəxtlik və ya bədbəxtlik də bir vərdişdir. Hansını seçib vərdiş halına gətirməyiniz isə sizin seçiminizdir. Psixologiya sahəsində olduqca dəyərli əsərlər yazmış Maxwell Maltzın bu kitabı dünyada 30 milyondan çox insan tərəfindən oxunmuşdur.

Nəticə

Sosiallaşmaq, özünəgüvən, motivasiyanın düşürməmək və s. kimi  xüsusiyyətlər  özünüinkişafa gətirib çıxarır. Ancaq özünüinkişafın bu tərz öyrənilməsi  sizin üçün çox da faydalı olmaz. Bu yolda bizə şəxsiyyətin inkişaf etdirilməsi istiqamətində yazılmış kitablar daha çox kömək edər. Hadisələri  hekayə formasında verən bu kitablar sahəsində  biz fərqində olmadan  həyata baxış bucağımız dəyişər, daha pozitiv, daha güclü və inamlı olarıq. Şəxsi inkişaf kitablarını bir dərs kitabı kimi deyil, adi roman kimi oxuduğunuz üçün şəxsiyyətinizdə baş verən dəyişiklikləri də məmnunluqla izləyərsiniz.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...