Əsas səhifə Tenderlər Siyəzəndə abadlıq və təmizlik işləri üzrə TENDER

Siyəzəndə abadlıq və təmizlik işləri üzrə TENDER

168
Paylaş

Siyəzən rayonu icra hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi abadlıq və təmizlik işləri ilə bağlı malların və matrialların alınması üzrə tender elan edir

Tender 1 (bir) lot üzrə keçiriləcək.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Siyəzən şəhəri, Babək küçəsi 52 (Əlaqələndirici şəxs : ELXAN ƏLİYEV YAQUB OĞLU , telefon : (023)3040123) ünvanından ala bilərlər.

İştirak haqqı:

  • lot 1 – 20 AZN

Bank rekvizitləri:

  • Hesab: AZ39AIIB32051019445500201155
  • VÖEN: 9900003611
  • Bank: “Kapital Bank” ın Siyəzən rayon filialı
  • Kodu: 200544
  • M/H: AZ37NABZ01350100000000001944
  • S.W.İ.F.T: AIIBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 06.05.2019 16:00tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 16.05.2019 16:00 qədər Siyəzən şəhəri, Babək küçəsi 52 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 17.05.2019 11:00 tarixində Siyəzən şəhəri, Babək küçəsi 52 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.