Şişmə yataq kirayə verməkdən 31 milyard dollarlıq şirkətə: Airbnb necə quruldu?

3
1438

Xaricə səyahət zamanı qalmağa yer axtardığımızda  ən çox istifadə edilən rəqəmsal platforma olan Airbnb yaradılışı  bəlkə də XXI əsrin ən motivasiya verici uğur hekayələrindən biridir.  Həmin şirkət bu qədər böyük şirkət olmamışdan əvvəl sadəcə üç  dostun ev kirayəsini ödəyə bilmək üçün fikirləşdikləri bir ideya idi.

İşsiz və kredit kartı borcu olan bu üç dost, yaşadıqları şəhərdə hotellərin yetərsiz olduğunu görüb şişmə yataqlar alaraq  evlərindəki otaqları kirayəyə verməyə başlayırlar.

2007-ci ildə Nyu Yorka köçən Brian Chesky və Joe Gebbia işsiz olduqlarından evlərinin kirayəsini ödəyə bilmirdilər.  Buna görə də pul qazanmaq haqqında yollar düşünməyə başlayırlar. Şəhərdə həmin günlər tədbirlər çox olduğundan turist axını genişlənməyə başlamışdı. Hotellər dolu olduğundan qalmağa yer tapmaq olmurdu. Buna görə də bu üç dost bir neçə şişmə yataq alıb, Şişmə yataq və səhər yeməyi mənasına gələn bir sayt qururlar. Elə şirkətin (Air bed and breakfast) mənası da burdan irəli gəlir.  Əslində ideya qonaqlara 80 dollar qarşılığında yatacaqları və səhər yemək yeyə biləcəkləri bir yer təşkil etmək idi.  İlk ziyarətçilər gəldikdə isə artıq uğur qazanmışdılar.  30 yaşında bir hindli adam,  Bostondan gələn 35 yaşında bir qadın, dörd uşaq atası 45 yaşında biri bu qonaqlar arasında idi.

Aralarına Harvard məzunu memar Nathan Blecharczyk qatıldıqda bir problemlə qarşı-qarşıya gəlmişdilər. Sistemin yalnız iki istifadəçisi var idi və bunlardan biri də Chesky idi.  Problemi həll etmək üçün saytı yenidən qurdular və 2008-ci ilin avqust ayında sayt yenidən bazara daxil oldu.

2008-ci ildə 15 investorla görüşürlər, səkkizi mənfi rəy verir, digər yeddisi isə onları görməzdən gəlir. Lakin onlar buna görə motivasiyadan düşmürlər, Denverdə gerçəkləşdiriləcək böyük bir siyasi tədbir üçün hazırlaşmağa başladılar. Burada məqsəd daha böyük insan kütləsinə müraciət etmək istəyirdilər. 600-dən çox insana Airbnb ilə qalacaq yer təşkil etsə də bu uğurları çox uzun çəkmədi.

Saytdan pul tuta bilmədikdə, qarğıdalı xırt-xırtlarının üzərini seçki qabağı Obama O’s və Cap’n McCains’lərlə bəzəyərək satışa buraxdılar amma bu zaman qutuların üzərinə məhdud sayda yazmışdılar. Bu təbii ki marağa səbəb oldu və onlara 30.000 dollara qədər pul qazandırdı.

Gənclərin potensialını fərq edib, onlara investisiya qoymaq istəyən ilk şəxs Paul Graham oldu. Y Combinator adlı bir  elmi proqramda onlarla tanış olur və kömək etmək istədiyini bildirir. Paul Graham eyni zamanda risk sərmayədarı Fred Wilson’ı da onlara investisiya etmək haqqında razı salmağa çalışır. Əvvəlcə təklifi qəbul etməyən   Wilson sonradan bir də belə böyük bir xəta etməməsi üçün bu üç dostdan bir qutu qarğıdalı xırt-xırtı istəyir 🙂

2008-ci ilə gəldikdə artıq dəyişib inkişaf etmək zamanı idi. Qarmaqarışıq olan saytlarını qısaldaraq Airbnb etmişdilər, buna görə də şişmə yataqlarla əlaqələri qalmamışdı.  Eyni zamanda saytı 3 kliklə qalacaq bir yer tapmağa kömək edəcək bir hala çevirmişdilər.  2009-cu ilin mart ayında 2500 elan və 10 000 istifadəçi var idi. Eyni zamanda 2009-cu ildə Sequoia Capital adlı investisiya şirkətindən 600 min dollar investisiya əldə edirlər. Şirkətin uğurları bununla da bitmir, eyni zamanda şirkət Silikon Vadisindəki investorlardan 112 milyon dollar investisiya qəbul etmişdi.

Borc içində olan 3 dostun qurduğu şirkət 190-dan çox ölkədə və 34 min şəhərdə fəaliyyət göstərir, bundan əlavə saytda 2 milyondan çox elan və 40 milyondan çox istifadəçi var. Şirkətin bazar dəyəri isə 31 milyard dollardır.

Xəzər Aslanov

3 COMMENTS