25 fevral 2020-ci il tarixdə saat 10:00-da “ŞƏRQ-ŞİRNİYYATI” ASC-nin inzibati binasında səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Bizplus.az xəbər verir ki, yığıncağın gündəliyinə bir sıra məsələlər daxil edilib. Bura 2019-cu maliyyə ilinin yekunları və cəmiyyətin debitor borcları haqqında; cəmiyyətin təşkilati-hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi və digər layihələr daxildir.
Yığıncaqda bütün səhmdarların iştirakı zəruridir.
Ünvan: Şəki şəhəri, A.Məmmədov küçəsi 43.