Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Şirniyyat şirkətinin səhmdarları bir araya gələcəklər

Şirniyyat şirkətinin səhmdarları bir araya gələcəklər

46

25 fevral 2020-ci il tarixdə saat 10:00-da “ŞƏRQ-ŞİRNİYYATI” ASC-nin inzibati binasında  səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Bizplus.az xəbər verir ki, yığıncağın gündəliyinə bir sıra məsələlər daxil edilib. Bura 2019-cu maliyyə ilinin yekunları və cəmiyyətin debitor borcları haqqında; cəmiyyətin təşkilati-hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi və digər layihələr daxildir.

Yığıncaqda bütün səhmdarların iştirakı zəruridir.

Ünvan: Şəki şəhəri, A.Məmmədov küçəsi 43.