Bu ildən siz hüquqi şəxslərlə iş görsəniz də sadələşmiş vergi ödəyicisi hüququnu itirmirsiniz (Vergi Məcəlləsi 218.6.2 maddəsi). Hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda
Misal -1: Siz A fiziki şəxsiniz və ya hüququ şəxsiniz (vergi məcəlləsi ilə qadağan olunmayan sadələşmiş vergi ədəcisinizsə) birinci rüb ərzində ümumi olaraq 40 000 manat mal satıb. Bundan 12 000 manat malı vergi uçotunda olan A MMC və A fiziki şəxsə satıb.
xidmətlərin xüsusi çəki 30 faiz ((12000 manat/40 000) manat x 100 faiz) olduğu üçün Siz vergi ödəyicisi məcburi olaraq gəlir (mənfəət) vergisi olmursunuz və sadələşdirilmiş vergi ödəyicisi olaraq 2 faiz vergi dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi olaraq qalırsınız.
Misal -2. Siz A fiziki şəxsiniz və ya hüququ şəxsiniz (vergi məcəlləsi ilə qadağan olunmayan sadələşmiş vergi ədəcisinizsə) birinci rüb ərzində ümumi olaraq 40 000 manat mal satıb. Bundan 12 100 manat malı vergi uçotunda olan A MMC və A fiziki şəxsə satıb.
xidmətlərin xüsusi çəki 30,25 faiz ((12100 manat/40 000) manat x 100 faiz) olduğu üçün Siz vergi ödəyicisi məcburi olaraq gəlir (mənfəət) vergisi ödəyicisi olursunuz və sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirirsiniz.
İqtisadçı-ekspert Rauf Qarayev