24-27 Fevral tarixləri arasında İspaniyanın Barselona şəhərində hər il təşkil edilən Mobil Dünya Konqresi baş tutacaq. O, dünyanın ən böyük texnologiya tədbirlərindən biridir.
Konfransa çoxlu sayda texnologiya şirkəti koronavirus təhlükəsinə görə qatılmayacağını bildirib.
Cənubi Koreyadan LG Electronics, İsveçdən Ericsson və ABŞ-ın çip şirkəti NVIDIA-dan sonra dünyanın ən böyük şirkətlərindən Amazon da bu il konfransda iştirak etməyəcəyini açıqlayıb.
“Əl sıxışmayın”
Amazon etdiyi açıqlamada, koronavirus epidemiyası səbəbilə konqresə qatılmayacaqlarını qeyd edib.
Mobil Dünya Konqresini təşkil edən GSMA şirkəti isə normalda 100 min nəfəri qəbul edən konfransın bu il də təşkil ediləcəyini açıqlayıb.
İştirakını nəzərdən keçirən şirkətlərin olduğunu qəbul edən GSMA, təhlükəsizlik tədbirlərini artırdıqlarını bildirib.
Belə ki, virusun yayıldığı Çinin Hubei əyalətindən iştiraklar qadağan edilb, Çindən gələn ziyarətçilərin ən az 14 gündür ölkə xaricində olduğunu sübut etməsi lazım olacaq.
Şirkət, iştirakçıların əl sıxışmaması barədə xəbərdarlıq edib. Çıxışçıların mikrofonlarının isə davamlı dəyişdiriləcəyi və dezinfeksiya ediləcəyi bildirilib.
Bu həftə açılması gözlənilən Sinqapur Aviasiya Sərgisində də çox sayda ləğvin olduğu bildirilir.