“Şirkət satışından gələn $3,8 milyardı xeyriyyəçiliyə xərclədim”

Date:

Paylaş:

Məşhur kolleksiyaçı və Geffen Records səsyazma studiyasının təsisçisi David Geffen, məsuliyyət və işə qarşı sevgi ilə bağlı fikirlərini paylaşır

Biznesi kiminsə yardımı olmadan irəlilətmək üçün son dərəcədə məsuliyyətli olmalısan – bunsuz heç yana gedə bilməzsən. Öz çoxsaylı uğurlarıma mən belə nail olmuşam

1994-cü ildə biz Steven Spielberg​ və kinoprodüser Jeffrey Katzenberg​ ilə birlikdə, DreamWorks şirkətinin əsasını qoyduq. Biz milyard dollar borc almalı və eyni miqdarda vəsaiti də səhmlərdən qazanmalı olduq. Mənim üçün bu izah-edilməyəcək qədər böyük məsuliyyət idi. Əvvəllər mənim heç zaman heç bir borcum olmamışdı, amma mən çox istəyirdim ki, Jeffreye kömək edim, çünki onu təzəlikcə Disneydən qovmuşdular. Lakin mən həm də başqa bir şeylə məşğul olmaq istəyirdim.

İşgüzar partnyorları həmişə ortaq hədəflər maraqlandırır, amma onlardan heç biri şəxsi hədəflərini də unutmur. Mən düz 15 il kompaniyadan ayrılmadım – investorlar qoyduğu pulları geri almadan öncə mən getmək istəmirdim. Mənim üçün bu çox vacib idi. Mənim nə maaşım, nə də bonuslarım yox idi və mən bir qəpiyi belə boş yerə xərcləmirdim.  Mən dərk etdim ki, yalnız sənə sevinc gətirən işlə məşğul olmaq lazımdır.

Şirkətin satışından gələn $3,8 milyard dolların hamısını isə xeyriyyəçiliyə sərf etdim.

©banco

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...