Əsas səhifə Biznes sahələri Texnologiya Şirkətlərin 50%-də kompüterlər “Windows 7” sistemi ilə işləyir

Şirkətlərin 50%-də kompüterlər “Windows 7” sistemi ilə işləyir

214
Paylaş

“Windows 7” əməliyyat sisteminin dəstəklənmə müddətinə 1 il qalmasına baxmayaraq, şirkətlərin təxminən 50%-də kompüterlər həmin sistemin idarəetməsi altında işləyir.

“Bizplus.az” “ICTnews” Elektron Xəbər Xidməti”-nə istinadən yazır ki, məzmun tədarükü üçün proqram təminatı üzrə ixtisaslaşmış “Kollective” şirkəti tərəfindən keçirilmiş sorğu nəticəsində məlum olub ki, təşkilat və müəssisələrin 43%-də mövcud olan kompüterlər “Windows 7” sisteminin idarəetməsi altında işləyir. Bundan başqa, respondentlərin 16%-i köhnə “Windows XP” və “Vista” platformalarından istifadə edildiyini bildiriblər. Sorğuda Avropa və ABŞ-da fəaliyyət göstərən şirkətlərdə işləyən 260-dan çox İT rəhbəri iştirak edib.

Araşdırmaya görə, rəyi soruşulmuş İT rəhbərlərinin 20%-i əməliyyat sisteminin dəstəklənmə müddətinin bitmə tarixini bilmir. 6%-i bu müddət haqqında məlumatlı olsa da, amma hələ “Windows 10” sisteminə keçid planlaşdırmır.

“Microsoft” şirkəti 14 yanvar 2020-ci il tarixində “Windows 7” sisteminin ödənişsiz dəstəyini dayandıracaq. Bundan sonra “Windows 7” sisteminin idarəetməsi altında işləyən kompüter sahiblərinə təhlükəsizlik  yeniləmələri göndərilməyəcək.