Əsas səhifə Xəbərlər Xarici xəbərlər Şirkətlərdən xəbərdarlıq: “Satış azalacaq”

Şirkətlərdən xəbərdarlıq: “Satış azalacaq”

44
Paylaş

Koronavirus epidemiyasına görə maliyyə vəziyyətlərinin pisləşəcəyi xəbərdarlığını edən şirkətlər hər ötən gün artır.

Dünyanın ən böyük spirtli içki istehsalçısı “Diageo Plc”, süd məhsulları və içkiləri ilə tanınan Fransa şirkəti “Danone”  Çində içki satışlarının azalacağı xəbərdarlığını ediblər.

Məşhur bir viski markasının istehsalçısı “Diageo”, Çinin bir çox bölgəsində restoran və barların bağlanması ilə bu ilki satışların 422 milyon dollara qədər düşə biləcəyini qeyd edib. 

“Danone” ilk rübdə satışlardakı artımın dayanma nöqtəsinə gəldiyini açıqlayıb.

Koronavirusun yayılması lüks istehlak məhsullarına böyük bir zərbə vurur, Çin bazarının nə vaxt yaxşılaşma göstərəcəyini də təxmin etmək çətindir. 

Lüks mallar istehsalçısı “Hermes” şirkəti 11 mağazasını bağlayıb. 

Bir çox şirkət 80 mindən çox insanın yoluxduğu və 2900-dən çox ölümə səbəb olan virusa görə artan iqtisadi pisləşmə barədə xəbərdarlıq edib. 

“Diageo”nun səhmləri 2.3%, “Hermes”in 1.4%, “Danone”nin səhmləri isə 0.9% ucuzlaşıb.