Əsas səhifə Biznes Biznes məqalələri Şirkətin dəyərləri: onlar nə üçün lazımdır

Şirkətin dəyərləri: onlar nə üçün lazımdır

305

Son illər ərzində keçirilmiş tədqiqatlar göstərir ki, iş üçün şirkət axtarışında olduğumuz və ya alış-veriş etmək üçün yer axtardığımız zaman korporativ dəyərlər böyük rol oynayırlar.

Korporativ dəyərlər nədir?

Şirkətin dəyərləri (“korporativ” və ya “fundamental” dəyərlər) – biznesin əsasında duran fundamental hökmlərdir. Bu, digər şirkətlərlə və əməkdaşlarla qarşılıqlı əlaqələrin qurulmasında istifadə olunan əsas prinsiplərdir. Korporativ dəyərlər təklif yox , ultimatum formasında təqdim edilməlidirlər. Onlar biznesin hər bir aspektinə təsir göstərməlidirlər – əməkdaşların mükafatlandırılması sistemindən və iş yerində davranış qaydalarından tutmuş marketinq strategiyaları və müştərilərə xidmətin göstərilməsi mövzusuna qədər.

Şirkətin müəyyən etdiyi dəyərlər sadəcə qaydalar toplusu deyil, təcrübədə istifadə edə biləcəyiniz alətlərdir. Əgər təşkilat öz dəyərlərini müəyyən etməyibsə, əmtəə və xidmət istehlakçıları dərhal bunu hiss edəcəklər. Korporativ dəyərlər həm satışların həcminə, həm də əməkdaşların mənəvi ruhuna güclü təsir göstərirlər.

Korporativ dəyərlərin müəyyən olunması vacibdirmi?

Korporativ dəyərlərin müəyyən olunması vacib məsələlərdən biridir. Nəzərə almaq lazımdır ki, həm işçilər, həm də müştərilər həmişə dəyərləri özləri ilə bərabər olan şirkətlərlə əməkdaşlıq etməyi üstün tuturlar.

Düzgün müəyyən olunmuş dəyərlər, şirkətə öz fəaliyyət istiqamətini müəyyən etməyə və dayanıqlı nüfuza sahib olmağa kömək edir.

Əgər korporativ mədəniyyətin bu hissəsinə məsuliyyətlə yanaşsanız, onun əsasında özəl üslubunuzu və çox effektiv biznes-planınızı qura bilərsiniz.

Şirkətin dəyərlərini necə müəyyən etmək olar?

Missiyanın təsvirinə korporativ dəyərlər əlavə edə bilərsiniz və ya əsas tələblərin ayrı bir siyahısını yarada bilərsiniz.

Bunu etmək üçün, şirkətin missiyasını başa düşən və müəyyən bir sxem üzrə işləyən insanları dəvət etmək lazımdır. Bu (məsələn) təsisçilər və CEO ola bilər, lakin menecerlər və ya aparıcı dizayner kimi digər işçilər haqqında da unutmamalısınız.

Komandanızı biz araya gətirdikdən sonra, aşağıdakı suallara cavab verməlisiniz:

  • Hansı dəyərlər müştərilərin dəyərlərindən asılı olaraq dəyişəcək?
  • Seçim hansı prinsiplər üzərində edilməlidir?
  • Digər insanlar şirkət haqqında nə düşünməlidirlər?
  • Hansı dəyərlərə görə rəqiblərdən fərqlənəcəyik?
  • Şirkətdə əməkdaşların hansı keyfiyyətlərinə önəm verilir?

Dəyərlər necə olmalıdırlar?

Birincisi, dəyərlər dəqiq olmalıdırlar. Seçilmiş dəyərlər şirkətin məqsədlərinə uyğun olmalıdır. Məsələn, müasir texnologiyalar üzrə ixtisaslaşan bir təşkilat üçün müştəri məlumatlarının məxfiliyinin təmin edilməsi daha vacibdir, bu, prioritet dəyərdir.

Formalaşdırdığınız dəyərlərdə yeni imkanlar görməyə çalışın. Müştərilərə xidmətlərin yüksək səviyyədə göstərilməsi – hər bir şirkətin məqsədlərindən biridir. Bu dəyəri unutmayın və gözləməyə çalışın, nəticədə rəqiblərdən daha üstün mövqeyə qalxa biləcəksiniz.

Çətin vəziyyətlərdə öz dəyərlərinizin arxasında durmağa hazır olun. Məsələn, əgər şirkət uzunmüddətli inkişafa üstünlük verirsə, gəlirlərin azalmasına baxmayaraq yalnız ekoloji cəhətdən təmiz materiallardan istifadə etməlidir.

Eyni zamanda, dəyərlər fəaliyyət tələb edir. Belə ki, fəaliyyət olmadığı halda onlar öz əhəmiyyətini itirmiş olurlar. Əgər şirkət yeniliklərə qarışı açıq olduğunu bəyan edirsə, əməkdaşların fəaliyyət azadlığını məhdudlaşdırlmalı deyil.

Dəyərlər “sonsuz” olmalıdırlar. Şirkətin strategiyası və davranışı dəyişsə də, dəyərlər dəyişməz qalmalıdır. Elə dəyərlər seçməlisiniz ki, onlar ekoloji şəraitlərdən, xarici stimullardan, rəqabətdən və ya ümumi korporativ tendensiyalardan asılı olmasınlar.

Məşhur şirkətlərin korporativ dəyələri

American Express:

  • müştərilərin loyallığı
  • xidmətin keyfiyyəti
  • dürüstlük
  • əlbir iş
  • insanlara hörmət
  • qalib gəlmək istəyi
  • şəxsi məsuliyyət

Facebook:

  • bir addım irəli
  • çevik hərəkət
  • açıqlıq
  • sosial dəyərlərin yaradılması

H&M:

  • biz insanlara inanırıq
  • biz komandayıq, dürüstük və səmimiyik
  • sadəlik
  • sahibkarlıq ruhu
  • daim təkminləşmə
  • qənaət

Virgin Airlines:

  • biz müştəri kimi düşünürük
  • biz yol açırıq
  • biz düz edirik
  • biz öz işimizdən əminik
  • rəqiblərdən fərqlənirik

Netflix:

  • əməkdaşların təkbaşına qəbul etdiyi qərarların təşviqi
  • informasiya mübadiləsində şəffaflıq prinsipi
  • şirkətdə yalnız effektiv insanları saxlamaq
  • qaydalardan qaçmaq

Adidas:

  • idman etdiyimiz hər bir şeyin əsasında dayanır
  • işin yüksək keyfiyyəti
  • ehtiras – konsepsiyamızın əsasında dayanır, biz hər zaman təkminləşirik və novatorluğu dəstəkləyirik
  • dürüstlük, açıqlıq və ədalət
  • sağlam diskussiyaların və fikir ayrılığının təşviqi

Göründüyü kimi, dəyərləri müəyyən etməklə şirkət yalnız müştərilərin deyil, əməkdaşların da qayğısına qalmış olur. Dəyərli və dəyərsiz şirkətlər arasında seçim etdiyiniz zaman, birinciyə üstünlük verməyiniz tövsiyə olunur.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here