Əsas səhifə Biznes Şirkət rəhbəri topladığı qanunsuz vəsaitlə aradan çıxıb

Şirkət rəhbəri topladığı qanunsuz vəsaitlə aradan çıxıb

152
Paylaş

Sumqayıtda fəaliyyət göstərən “Nəqliyyat” MMC-nin rəhbərinin yoxa çıxdığı bildirilir.

Belə ki,Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında “Nəqliyyat” MMC-nin rəsi Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.

Onun, çalışdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir.

Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xətlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Bu, onun bütün fəaliyyəti dövründə davam edib və X.Rüstəmov topladığı pullarla aradan çıxıb.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında “Nəqliyyat” MMCdən bildirilib ki, X.Rüstəmov işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda bununla bağlı araşdırma aparılır.