Sumqayıt Kimya Sənaye Parkının ərazisində siqaret istehsalçısı olan “Tabaterra” QSC səhmdar kapitalını ikiqat artırıb.
Kommersiya təşkilatlarının reyestrinə əsasən, şirkətin nizamnamə kapitalı 60 milyon 10 min manata çatdırılıb.
2017-ci ilin sentyabr ayında qurulan şirkətin təsisçiləri haqqında heç bir məlumat yoxdur. Yalnız o məlumdur r ki, bu şirkətin direktoru “Avromed Company” qrupuna aid bir sıra digər şirkətlərin qanuni nümayəndəsidir.\marja