Sinqapur Mülki Aviasiya İdarəsi (CAAS) 2019-cu ildə hava taksisini sınaqdan keçirməyi planlaşdırır.
Məlumata görə, hava taksisi avtomobil ölçüsündə kiçik uçan aparat formasında hazırlanıb. Hava nəqliyyatı saatda 160 km-dən çox məsafə qət edə biləcək.
Uçuş və yerə enmə vertikal vəziyyətdə həyata keçiriləcək. İdarəetmə məsafədən və ya tamamilə avtonom həyata keçirilir.