Sinqapur mühəndisləri yeni 3D-çap texnologiyasını tətbiq etməyə müvəffəq olublar. Belə ki, nəticədə onlar 3D-printerdə maye içlikli şokolad konfetlərin surətini çıxarıblar.
Mütəxəssislər belə hesab edirlər ki, bu texnologiya şirniyyat istehsalında gedən işlərdə əsaslı dəyişikliyə səbəb ola bilər.
Sinqapurun texnologiya və dizayn universitetinin elmi əməkdaşları 3D-printer üçün qida materialları yaratmaq qərarına gəliblər. Əsasən kakao, şokolad pastası və şokolad siropu kimi komponentlər götürülüb və onların köməyi ilə proqramçılar bəzi şirniyyat məhsullarını çap ediblər.
Eksperiment göstərib ki, 3D-çap texnologiyası müxtəlif tərkibli materialları birləşdirməyə imkan verir. Mühəndislər eyni zamanda bərk örtüklü və maye içlikli konfetin surətinin çıxarılmasının mümkün olduğunu müəyyən ediblər. 3D-çap sahəsində şokolad, şirniyyat sənayesində artıq çoxdan istifadə edilir. Ekspertlər bu vaxta qədər müxtəlif tərkibli yeyinti materialları yarada bilməyiblər. Mütəxəssislər qeyd edirlər ki, sənayedə tətbiq üçün digər tərkibli qatqılar lazımdır.