Əsas səhifə Biznes Simit Sarayı rəqib şirkətini satın alır

Simit Sarayı rəqib şirkətini satın alır

1041
Paylaş

Bakıda da fəaliyyət göstərən, Avropada sürətlə böyüyən Türkiyənin “Simit Sarayı” şirkəti, rəqibi  “Komşufırın”ı satın almaq üçün danışıqlar aparır. 

“Marja” Türkiyə mətbuatına istinadən xəbər verir ki, unçu bir ailədən olan, atası Türkiyənin ilk un ixracatçısı olan “Doruk Group Holding”in şefi Hasip Gencer-in qurduğu “Komşufır”ın, 3-ü İstanbul xaricində olmaqla ümumi 75-dən çox filiala malikdir. 2006-da qurulan “Komşufırı”nın ayda 1 milyondan çox müştərisi var.

“Simit Sarayı”  da son dövrlər sürətli böyüyür.  Şirkətin 250-si Türkiyədə olmaqla cəmi 400 şöbəsi var. 2016-da 100 milyon dollar ixracat həyata keçirən şirkətin 2017 hədəfi isə 200 milyon dollardır.

“Simit Sarayı”nda sadəcə simit deyil, ağlınıza gələ biləcək bir çox ləzzət var: Dadlı simitlər, sendviçlər, simit-burgerlər, izqara köftə, simit pizzalar, səhər yeməkləri, kiçik-kiçik paketlənmiş dadlar, əvəzolunmaz dondurmalar, Çıtır hotdoq, pendirli şüyüdlü poğaça, şirniyyatlar, tortlar.

Sıfırdan yaranan dünya brendi – Simit sarayı