Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Silk Way West Airlines” Bakı-Çjençjou reyslərinin sayı həftədə 6 dəfəyədək artırıb

“Silk Way West Airlines” Bakı-Çjençjou reyslərinin sayı həftədə 6 dəfəyədək artırıb

405
Paylaş

Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Bakı-Çjençjou reyslərinin sayını həftədə 4 dəfədən 6 dəfəyə kimi artırıb. Bu barədə şirkətdən məlumat verilir.

“Müvafiq razılıq sentyabrın əvvəlində Çjençjouda keçirilən “ICAO Cargo Conference” konfransında əldə edilib. Biz Xenan əyalətinin höküməti və Çjençjou hava limanı ilə strateji əməkdaşlığımızın yeni mərhələsinə qədəm qoyuruq”, – məlumatda “Silk Way West Airlines”in prezidenti və icraçı direktoru Volfqanq Meyerin sözlərindən sitat gətirilir.

Onun sözlərinə görə, qısa müddət ərzində “Silk Way West Airlines” Çjençjouda aparıcı yük aviadaşıyıcılarından biri olmağa nail ola bilib və aviadaşımaların həcminin və reyslərin sayının bundan sonra da artırılmasını planlaşdırır.

“Böyük İpək Yoluna xidmət üçün əsas imkanlarımız nəzərə alınmaqla Çjençjou bizə inkişaf üçün ideal platforma təqdim edir”, – V.Meyer deyib.

“Silk Way West Airlines” 19 iyun 2012-ci ildə fəaliyyətə başlayıb. Hazırda aviadaşıyının təyyarə parkına “Вoeing 747-8F” və “Вoeing 747-400F” təyyarələri daxildir.